Tramp: “Ukraynaya yardımı dayandıracağıq” | VİDEO

   Tramp:    “Ukraynaya yardımı dayandıracağıq”    | VİDEO
  10 Noyabr 2024    Oxunub:674
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp xalqa müraciətində deyib ki, Ukraynanın maliyyələşdirilməsini dayandıraraq, həmin pulları ölkəsinin daxili ehtiyaclarına yönəldəcək.
- Ukraynada xərclədiyimiz pulların cüzi hissəsi ilə biz Amerikadakı hər bir evsiz veteranın qayğısına qala bilərdik. Bizim veteranlarla çox dəhşətli şəkildə rəftar edirlər. Bundan başqa, qənaət etdiyimiz pullarla kütləvi şəkil almış miqrasiyaya son qoya bilərik. Beləliklə, ölkəmizdəki böhranı həll etmək üçün böyük dividendlər əldə edəcəyik – Tramp bildirib.



Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın müdaxiləsi başlayandan bəri ABŞ Ukraynaya dəstək üçün 5 yardım paketi qəbul edib və ümumilikdə 175 milyard dollar xərcləyib.



Samir Quliyev
AzVision.az



Teqlər: Ukrayna   ABŞ   Tramp  





Xəbər lenti